Description
Salam hər kəsə! Bu bloqda 2014 model Chevrolet Cruze 1.4 Turbo (LTZ RS) avtomobilimdə yaranan nasazlıqları aradan qaldırmaq üçün ustaya yollandıq və maşına təxminən 250 manat xərc qoyduq. Cruze sahiblərinin tez-tez qarşılaşdığı babin problemi, membran rezini sıradan çıxması və kollektor deşiyi məsələsini ustamızla birlikdə tam təmir etdik.
Videoda dinamanın şkifi və dinama paçemniyi dəyişdirilməsi prosesini, usta kadrları ilə birlikdə qiymətlərinə qədər ətraflı şəkildə bölüşmüşəm. Avtomobilin texniki təmiri bitdikdən sonra isə kruzun görünüşünə rəng qatmaq üçün yeni plonka çəkdirdik.
Təmirdən sonra gözəl İlisu mənzərəsində, tarixi Ulukörpü yanında maşın haqqında ətraflı danışdım. Həmçinin, vaxtilə 650K izlənən və maşın sürməyi öyrətdiyim 12 yaşlı dayım oğlunun indi 17 yaşı var və 11-ci sinif məzun çəkilişini etdik, bloqda o maraqlı kadrları da görəcəksiniz.
Videonun sonunda Cruze üçün çox maraqlı bir sual vermişəm: Sizcə maşının öz orijinal farası yaxşıdır, yoxsa BMW G30 farası qoyum? Fikirlərinizi mütləq şərhlərdə gözləyirəm! Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın!