Welcome to YTUnity

One free SpiderTaz Network account works across every network site.

Featured creators

Creators on the SpiderTaz Network

Become a creator →

🇦🇿AMADA akademiya komandaları üçün SEMİNAR keçirdi; ANTİDOPİNQ QAYDALARI NƏDİR? | NEFTÇİ TV

Neftçi TV Video Yesterday

Description

Akademiya komandalarımız üçün seminar keçirilib

Bu gün “Palms Sports” Futbol Mərkəzində “Neftçi” PFK-nın U-19, U-17, U-16 və U-15 komandalarının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.

Tədbirdə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təhsil məsələləri üzrə aparıcı mütəxəssisi Qüdrət Səfərov çıxış edib. O, iştirakçılara antidopinq qaydaları, bu qaydaların idmanda tətbiqi və idmançıların üzərinə düşən məsuliyyət barədə ətraflı məlumat verib.

Seminar zamanı antidopinq tələblərinə əməl olunmasının peşəkar idmanın əsas prinsiplərindən biri olduğu vurğulanıb. Gənc futbolçuların bu sahədə məlumatlılığının artırılması, onların mümkün antidopinq qayda pozuntularından qorunması və idmanda dürüstlük prinsiplərinin təbliği diqqət mərkəzində olub.

Xüsusilə futbolçuların erkən yaşlardan etibarən antidopinq qaydalarını mənimsəməsinin əhəmiyyəti qeyd edilib.

Qeyd edək ki, seminarın əsas məqsədi akademiya komandalarının futbolçu və məşqçi heyətinin antidopinq sahəsində məlumatlılığını artırmaq, onlarda məsuliyyətli idman davranışını təşviq etmək olub.