NEFTÇİ 0:1 OSİYEK | YOXLAMA OYUNU | İCMAL

Neftçi TV Video 6 days ago

Description

“Neftçi” Sloveniya təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama görüşünü keçirib. Komandamız Xorvatiyanın “Osiyek” klubu ilə qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub. Yeganə qolu Lendava stadionunda baş tutan görüşün 74-cü dəqiqəsində Admir Lyatifi vurub.

“Neftçi”: 13.Kenan Piriç (1.Emil Balayev, 46), 5.İqor Ribeyro (17.Murad Xaçayev, 75), 6.Sessi D’Almeyda (18.İfeanyi Metyu, 63), 8.Emin Mahmudov (K) (7.Emil Səfərov, 46), 11.İmad Faraj, 20.Qustavo Klisman (4.Elvin Camalov, 75), 24.Mustafa Sek (3.Rüfət Abbasov, 46), 29.Lyubomir Tupta (97.Bassala Sambu, 63), 33.Breno Almeyda (70.Andrey Ştoqrin, 75), 55.Endryu Qravilyon (14.Elvin Bədəlov, 75), 77.Falaye Sako.

Qeyd edək ki, iyulun 2-də “ÇFR Kluj” (1:2), 6-da “Partizan” (0:1), 10-da isə “Radniçki Niş” (3:0) ilə qarşılaşmış “ağ-qaralar” bununla da toplanışı başa vurub. Komandamız sabah Bakıya qayıdacaq.